
MİSSİYAMIZ
Edu Front - Azərbaycanlı gənclərin xaricdə baş tutacaq layihələri,təqaüd və mübadilə programlarını ,təcrübə şanslarını ,qrant müsabiqələrini və digər fürsətləri asanlıqla tapmasını təmin etmək və bu layihələrdə iştirak etmək istəyən ölkə gənclərinə peşəkar dəstək göstərərək, gənclərin xaricdə baş tutacaq layihələrdə mütəmadi iştirak etməsini hədəfləyən təhsil platformasıdır.
e

Bizim Hekayəmiz
Biz düşünürük və yəqin siz də bizimlə razılaşarsınız ki, burada istədiyimiz gələcəyi qurmaq bir qədər çətin məsələdir. Hamımız bilirik ki, buradan xeyli uzaqda insanların bir-birinin üzünə qorxmadan baxa bildiyi , simalarda stressin yaratdığı çökmüşlüyün olmadığı ,mental düşüncələrin sizi hər addımda izləmədiyi, əksər arzularınızın ailə, qohumlar, cəmiyyət tərəfindən beşikdəcə boğulmadığı , təhsilin dəyər gördüyü, karyera qurmağın daha rahat olduğu , biznesə başlamağa şərait yaradıldığı , rahatlıq və rifah içində nəfəs alıb öz həyatımızda yeni səhifə aça biləcəyimiz yerlər var.
Bizim hekayəmiz orada başlayır ki , biz ölkəmizdəki gənclərin xaricə getməsinə - daha doğrusu xaricə pul xərcləmədən gedib yaşamasına, onların daha yaxşı həyat arzularına biganə yanaşmayaraq - onları bu programlarla görüşdürürük.
Biz insanları və onların arzu-istəklərini prioritet edirik və buna görə də heç vaxt diskriminasiyaya dəstək ola bilmərik. Bizim üçün müxtəlif qruplardan və icmalardan olan insanlar eyni dəyərdədir , buna görə də hər bir şəxsin müraciətinin,xaricdə təhsil arzularının önəmini qavrayaraq - müraciətçinin kimliyindən, sosial statusundan, cinsindən, yaşından,doğulduğu bölgədən və digər faktorlardan asılı olmayaraq hər kəsə eyni münasibətlə yanaşmağı öncəlik qəbul edirik.
Bizim iş prinsiplərimiz məsuliyyətli davranış,hər insana və onun istəklərinə özəl yanaşma,detallara fokuslanma və heç bir kəsin arzusunu riskə atmamaq naminə tam səhvsiz və mükəmməliyyətçi iş üzərində qurulub. Biz düşünürük ki gördüyümüz işə emosiyalara qapılmadan professional yanaşma ortaya qoyaraq və məsuliyyətli davranış sərgiləyərək qısa zamanda ölkəmizdə parlayacağıq və gənclərimizə xaricdə təhsil aldıraraq inanclarımızı yerinə gətirəcəyik.
Biz inanırıq ki, yaşadığımız dünya daha da yaxşı ola bilər. Biz yaxşı işlər görməyə və yaxşı insan olmağa çalışırıq. Biz yaxşı bir dünya qurmaq və dünyada yaxşı təsirə sahib olmaq üçün təhsilin önəmini anlayaraq bu uğurda işləyirik.
