
Təhsil Cəbhəsi -
Cəhalətə Açılmış Cəbhə
Buradan uzaqda yeni həyata başla! Daha yaxşı həyata layiqsən - bilirsən!

Xaricdə Təhsil Programları
Xarici ölkələrdə təhsilin necə çətin və uzaq göründüyünü bilirik , məhz buna görə universitet və təqaüdlər haqqında ətraflı məlumatı asanlıqla tapa biləsən deyə dayanmadan çalışırıq.Çünki sən hazırda bu yazını oxuyursansa,sıradan biri deyilsən və uğura gedən yolda səninlə eyni cəbhədə dayanmaqdan qürur duyuruq!
"Bunun təhsil haqqısı var,yaşaması var,qidası var,kirayəsi var,təyyarəsi var,vizası var,sığortası var"- Yoxdur!
Biz bu cümlələr daha işlənməsin deyə sizi hər gün yeni təqaüd programları ilə tanış edirik!
Yaxşı karyera üçün ilk addım təcrübədir. Xaricdə baş tutacaq təcrübə programlarından xəbərdar olmaq üçün isə təhsil cəbhəsini izləməyin bəs edir!
Bütün xərclərini qarşılayırlar,
sənin edəcəyin sadəcə tərəddüd etmədən
müraciət etməkdir!
Elə indi daxil ol, layihəni seç,macərana başla!
Əgər təqaüd və universitetlərə müraciət edərkən,backgroundunun zəifliyindən şikayətlənirsənsə vaxt itirmə - sənin üçün hazırladığımız özünü inkişaf programlarına qoşul!

Axtardığını Tap!
Edəcəklərinə Qərar Ver!
Öz Macərana Başla!
Edu Front - Azərbaycanlı gənclərin xaricdə baş tutacaq layihələri,təqaüdləri,mübadilə və təcrübə programlarını,qrant müsabiqələrini və digər fürsətləri asanlıqla tapmasını təmin etmək və bu layihələrdə iştirak etmək istəyən ölkə gənclərinə peşəkar dəstək göstərərək,gənclərin xaricdə baş tutacaq layihələrdə mütəmadi iştirak etməsini hədəfləyən təhsil platformasıdır.
Gənclərimizin ödənişsiz şəkildə Avropa və Dünyada yararlana biləcəyi yüzlərlə program var və əfsus ki ölkə gənclərinin böyük bir hissəsi ya bu programlardan xəbərsizdir ya da necə müraciət edilməli olduğu haqqda aydın fikrə sahib deyil. Edu Front bütün programları açıq linklə öz internet web-saytında və özünə bağlı sosial media hesablarında bölüşərək, eyni zamanda programlara dair bütün sualları müraciətçilərə ətraflı izah edərək bu problemin böyük ölçüdə həll edə biləcəyinə inanır.

Biz Rəqəmlərimizlə Qürur Duyuruq!
2
İllik Təcrübə
88+
Təqaüd Programı
127
Xaricə Göndərdiyimiz Tələbələr
39
Xidmət Göstərdiyimiz Ölkə
211
Qəbullarımız
Bizim
Partnyorlar






Yeni həyatını yaratmağa hazırsan?
Göstəricilərini aşağıda qeyd et,biz də öz növbəmizdə sənin hansı ölkələrdəki universitetləri və təqaüdləri qazanma şansının nə qədər olması, qazana biləcəyin universitetlər və təqaüd programları haqqında məlumatları detallı şəkildə sənə özəl sənəd halında hazırlayıb səninlə bölüşək!